Əməkdar artist Sevda Ələkbərzadə aprelin 21-dən 27-dək Avropa turnesində olacaq. «İstiot»un məlumatına görə, sənətçi aprelin 21-də Almaniyanın Frankfurt şəhərində «Network Medien» şirkəti və «Elen music» agentliyi ilə birgə Avropa üçün hazırladığı ikinci diskinin təqdimatını keçirməklə turneyə start verəcək. Avropanın tanınmış musiqi tənqidçilərinin və musiqişünaslarının iştirak edəcəyi mərasimi işıqlandırmaq üçün xarici KİV nümayəndələri dəvət olunub. Sevda Ələkbərzadə xaricdə disk təqdimatı keçirən ilk sənətçimiz ola bilər. Turne zamanı Berlin, Bilferd, Frankfurt, Lüksemburq və Frayburq şəhərlərində konsertlərin verilməsi nəzərdə tutulub. Aprelin 26-da isə müğənni Almaniyanın Frayburq şəhərində dünya şöhrətli ulduzların qatılacağı caz festivalında etnik-caz proqramı ilə iki saatlıq çıxış edəcək. /ANS PRESS/