Populyar müğənni Sevda Ələkbərzadə dünən rəsmi nikaha daxil olub.
Ötən günlərdə nişanlandığı deyilən əməkdar artist Sevda Ələkbərzadə dünən rəsmi nikaha daxil olub. ANS PRESS-in məlumatına görə, Sevda xanım sakit şəkildə sadə nikah keçirib. Bu barədə ifaçının bacısı, müğənni Elmira Ələkbərzadə şəxsi Facebook səhifəsində xəbər paylaşıb. Sevincini hər kəs ilə paylaşan Elmira xanım ürək sözlərini bildirib: "Bu gün mənim gözümün nuru, çox sevdiyim bacım Sevdanın rəsmi nikahı oldu. Allah xoşbəxt eləsin. Oğullu-qızlı olsunlar. Heç vaxt dərd-kədər görməsinlər”.
Qeyd edək ki, Sevda Ələkbərzadənin ailə qurduğu şəxsin Kamyer adlı iranlı gənc olduğu bildirilir. Kamyer Amerikada iş adamı kimi fəaliyyət göstərir. Bundan əlavə olaraq musiqi ilə də yaxından maraqlanır.
Cütlüyün toy mərasimi isə mayın 24-də Bakıdakı otellərin birində baş tutacaq. Artıq cütlüyün toy dəvətnamələri də hazırdır.
Sevda Ələkbərzadə və nişanlısının şəkillərini sizə təqdim edirik: