Səsini itirmiş məşhur müğənni mahnısına ad günü keçirəcək
16 Noyabr 2012 Cümə 15:43
Akif İslamzadə “Ala gözlüm”ün 30 yaşını qeyd edəcək
Məşhur müğənni Akif İslamzadə özünün dillər əzbəri olan mahnısı “Ala gözlüm”ün 30 yaşını qeyd edəcək. Bu barədə Modern.az-a müğənni mahnının yubileyi ilə bağlı danışarkən məlumat verib.

“Tədbir noyabrın 23-də ”Cıdır” restoranında sənətkar yoldaşlarımın iştirakı ilə olacaq. İnşallah, gələn həftə dəvətnamələr də paylanacaq. Mərasimdə mahnımı kimin oxuyacağı məsləsinə gəlincə, mənim tələbəm olmadığına görə yəqin ki, sənət yoldaşlarımdan biri oxuyar. Təbrikə gələn sənət yoldaşlarım arasında Nisə Qasımova, Rəşad Həşimov, İlqar Muradov, Tünzalə Ağayeva, Eyyub Yaqubov və Röya olacaq”, - deyə Akif İslamzadə bildirib.

Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub. “Sarı gəlin” və “Bu gecə”, “Ala gözlüm” kimi məşhur mahnıların ifaçısıdır.

Xatırladaq ki, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətindəTofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı Şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub. O, xanəndə Sara Qədimovanın oğludur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar