Sertap Erener suyun altında klip çəkib
04 Oktyabr 2010 Bazar Ertəsi 07:15
Sertap Erener “Rəngarəng” adlı axırıncı albomunda olan “Bir Damla Gözlerimde” mahnısının klipini dənizin altında çəkib.
Türkiyənin məhşur müğənnisi, 2003-cü il “Avrovziya” mahnı müsabiqəsində bu ölkəyə birincilik qazandıran Sertap Erener “Rəngarəng” adlı axırıncı albomunda olan “Bir Damla Gözlerimde” mahnısının klipini dənizin altında çəkib. Klip çəkilişlərinə uzun müddət peşəkar su baleti mütəxəssisləri ilə hazırlaşan müğənni sualtı səhnələr üçün xüsusi kostyum və makyajdan istifadə edib. Klipin çəkilişləri isə 8 saat davam edib. Bu zaman Erenerin təhlükəsizliyini peşəkar dalğıc dəstəsi təmin edib.

Qeyd edək ki, Sertap Erener möhtəşəm səsi ilə yanaşı çəkdirdiyi qeyri-adi klipləri ilə də pərəstişkarlarının yaddaşına həkk olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar