Şeron Stounu məhkəməyə verdilər
24 May 2012 Cümə Axşamı 17:36
Məşhur aktrisa Şeron Stounu irqçilikdə ittiham edilir .
Məşhur aktrisa Şeron Stounun evində dayə kimi çalışmış Filippin əsilli Erlinda Elemen aktrisanı məhkəməyə verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, E.Elemen Şeron Stounu irqçilikdə ittiham edir. Filippin vətəndaşı Şeron Stounun 5il ərzində onun etnik mənsubluğunu ələ salaraq ləhcəsinə lağ etdiyini iddia edir. Şeron Stoun da öz növbəsində dayəni evindən pul oğurlamaqda ititham edir. Aktrisa irqçi ittihamları qətiyyətlə rədd edərək bunun ondan pul qoparmaq üçün düşünülmüş vasitə olduğunu bildirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar