Serialda xəta tamaşaçının diqqətindən yayınmadı
23 Noyabr 2011 Çərşənbə 07:04
Dünyaya keçəl gələn körpənin başında bir gün sonra şəvə kimi saç olub.
Türkiyənin özəl tele-kanllarından birində nümayiş olunan “Alyazmalım” serialında qalmaqallı bir səhvə imza atılıb. Belə ki, filmin son seriyasında Asiyə obrazını canlandıran aktrisanın xəstəxanada dünyaya gətirdiyi körpə anasının qucağına verildiyi vaxt onun keçəl olduğu görünür. Əsərin qəhramanı xəstəxanadan çıxdığı vaxt isə onun qucağında olan olan körpənin şəvə kimi saçları vardı. Yəni, fərqli körpələrlə çəkilmiş bu səhnəyə baxan tamaşaçıda “uşağın bir gündə saçı çıxdı” – hissi yaranır.
DOSTLARINLA PAYLAŞ: