Serdar Ortac xəstəxanalıq oldu
03 Aprel 2013 Çərşənbə 19:17
Serdar Ortac hələ bir neçə gün xəstəxanada qalacaq.
Gələn ay şəhərimizin qonağı olacaq türkiyəli müğənni Sərdar Ortaç xəstəxanalıq olub. ANS PRESS-in məlumatına görə, infeksiyaya yaxalandığı deyilən müğənni xəstə yatağında çəkdirdiyi fotoları “Twitter”dəki profilində paylaşıb. Yüksək hərarəti çıxan sənətçi dərhal həkim nəzarətinə götürülüb. Onun hələ bir neçə gün xəstəxanada qalacağı bildirilir.

Xatırladaq ki, sənətçinin Bakıdakı konserti mayın 25-də “Buta Palace”da baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar