Sərdar Ortaç vəsiyyətini hazırlayıb
11 Yanvar 2015 Bazar 16:46
Müğənni Sərdar Ortaç həyat yoldaşı üçün xüsusi təlimat verib.
Türkiyənin ən məşhur müğənnilərindən olan Sərdar Ortaç vəsiyyətini hazırlayıb. ANS PRESS-in məlumatına görə, müğənni əcnəbi həyat yoldaşı üçün xüsusi vəsiyyətnamə hazırladıb.

MS xəstəsi olduğunu öyrəndikdən sonra ciddi müalicə proqramına başlayan Ortaç şəxsi həyatına dair açıqlamaları ilə heyrətləndirib.

Onun sözlərinə görə, toyundan qısa müddət sonra üzə çıxan xəstəliyi ilə mübarizədə həyat yoldaşı Xloe bir an olsun belə onu yalnız buraxmayıb. Bunun üçün də o model arvadının gələcəyini zəmanət altına almaq istəyib.

Belə ki, müğənni öləndən sonra belə həyat yoldaşı təkrar evlənənə qədər bütün xərclərinin onun sərvətindən qarşılanacağının təmin edilməsi üçün vəkillərinə təlimat verib.

Qumar borclarından qurtulan Sərdar Ortaç Xloeyə İstanbulun ən gözəl yerlərindən birində villa alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar