Sərdar Ortac toy tarixini açıqladı
07 Mart 2014 Cümə 17:32
Sənət aləmində məşhur cütlüklərdən biri olan müğənni Serdar Ortac və nişanlısı Xloe Loughandan yeni xəbər var.
ANS PRESS-in məlumatına görə, türkiyəli müğənni irlandiyalı nişanlısı, model kimi fəaliyyət göstərən Xloe ilə birlikdə modelyer Tolqa Çamın dəfiləsinə qatılıb. "The Billionaire Club"da baş tutan tədbirdə model 3 libas sifariş edib.

Yeni kolleksiyanı ön sıralardan izləyən cütlük təqdimatdan sonra müxbirlərin suallarını cavablandırıblar. Media nümayəndələri ilə söhbət etdiyi zaman Sərdar Ortaç toy tarixini açıqlayıb: "Toyumuz iyunun 12-də Çırağan Sarayında olacaq. Həyatda bir dəfə evlənirəm, ona görə də hər şeyin ən yaxşı səviyyədə olmasını istəyirəm. Xloenin ailəsindən 90 nəfər toya qatılacaq".

Qeyd edək ki, artıq bir ildən çoxdur sevgi münasibəti yaşayan cütlük hər dəfə müsahibələri zamanı toylarının tez baş tutmağını istədiklərini deyirlər: "Elə bir toy keçirəcəyik ki, illərlə hər kəsin yadında qalsın".


DOSTLARINLA PAYLAŞ:

oyunlar