Məşhur pop ifaçısı Sərdar Ortaç, dünən axşam verdiyi konsertdə böyük bir təhlükə ilə üzləşib. Türkiyənin "İhlas" xəbər agentliyinin məlumatına görə, sənətçi, vokalistləriylə səhnədə rəqs edərkən tarazlığını itirərək yıxılıb.
İzmir şəhərində Rain Clubda səhnəyə çıxan Sərdar Ortac pərəstişkarlarının böyük marağıyla qarşılaşıb. O, söylədiyi mahnılarla yanaşı səhnədəki performansıyla da diqqət çəkib. İki saata yaxın səhnədə qalan Sərdar Ortac rəqs edərkən tarazlığını itirərək səhnədən düşüb. Səhnə kənarında olan vəzifəli və səhnədə olan təhlükəsizlik xidməti tərəfindən səhnəyə qaytarılan Ortac rəqs etməyə davam edib. /ANS PRESS/