Serdar Ortaç qazetden 50 min tezminat isteyib
03 Avqust 2013 Şənbə 11:36
Serdar Ortaç nişanlısı haqqında yalan xeber yazanları mehkemeye verib.
Serdar Ortaç nişanlısı Kloi Louqhnanın Türkiyədə işləmək üçün lazımı sənədlərinin olmadığı ilə bağlı xəbərlərə qarşı məhkəmədə 50 min lirəlik iddia qaldırıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ortaç sevgilisinə aid qanuni icazələri məhkəməyə dəlil olaraq təqdim edib və xəbərlərin nəşr olunduğu qəzetdən 50 min lirə təzminat istəyib.

Məşhur müğənni, vəkili Aydın Qurban vasitəsilə İstanbul Hüquq Məhkəməsinə təqdim etdiyi ərizəsində, 21 İyul günü çıxan “Kloinin işi çətindi” başlıqlı xəbərdə həqiqətdən kənar olan iddialara yer verildiyi və insanın ləyaqətinə toxunulduğunu bildirib.

Vəkil müvəkkilinin qumar borcu üzündən pulsuz qaldığı və tətil xərclərini dostu Süreyya Yalçının ödədiyi ilə bağlı iddiaların da əsassız olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar