Serdar Ortac indi də, rus dilində oxumağa başlayıb
12 Dekabr 2009 Şənbə 18:55
Rus dilini bilməyən müğənni Serdar Ortac mahnının sözlərini əzbərləməli olub
Türkiyənin tanınmış müğənnisi Serdar Ortac həmkarlarına ültimatum göndərib.
"Mənim bəstələdiyim mahnıları almaq üçün evimin qapısında yatmağa gərək yoxdu. Məhz bu iş üçün ayrıca bir şirkət yaratmışam. Məndən mahnı almaq istəyən həmkarlarımın çoxu bunu bilir. Özüm heç onların şirkətə nə vaxt gəldiyini belə görmürəm. Təkcə mahnı alınandan sonra mənə məlumat verilir ki, mahnımı hansı müğənni bəyənib alıb", - deyə Serdar Ordac bildirib.
O, ifa etdiyi "Şeytan" adlı mahnısını rus dilində oxuduğunu da bildirib.
Qeyd edək ki, rusların türk pop-musiqisindən xoşu gəldiyini bilən Serdar Ortac rus dilini bilmədiyi halda mahnını oxuya bilib. Müğənni: "mahnının sözlərini əzbərlədim və ifa etdim "- deyərək, bəstəsi özünə aid olan mahnının dinləyicilər tərəfindən çox bəyənildiyini də vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: