Səninlə
24 Noyabr 2010 Çərşənbə 15:05
"Klan-A-Plan"ın ayyarım öncə dünyasını dəyişən üzvünə mahnı həsr edildi
“Klan-A-Plan” rep qrupu digər tanınmış müğənnilərlə birlikdə qrupun ayyarım bundan əvvəl dünyasını dəyişən üzvü Rüfət Əfəndiyevin xatirəsinə mahnı ifa ediblər. ANS PRESS-in məlumatına görə, “Səninlə” adlanan mahnının ərsəyə gəlməsində Roza Zərgərli, Rəhim Rəhimli, Sahib, Zaur Əmiraslanov, Uran, Jay Meel, telejurnalist Ramin İbrahimov, Elmir (Dəyirman), Teoram və “Klan-A-Plan” qrupu iştirak edib.

Sözügedən kompozisiyaya yaxın günlərdə klip çəkiləcək. Bundan başqa, musiqiçinin ölümündən əvvəl yazdığı və heç bir yerdə səslənməyən mahnıları albom şəklində buraxılacaq.

Xatırladaq ki, Rüfət ay yarım öncə, ürək tutmasından vəfat edib. İstedadlı musiqiçi “Ryder” ləqəbi ilə tanınırdı, o rep-treklər, pop-musiqilər yazırdı, bir çox Azərbaycan musiqiçiləri Rüfətin musiqilərinə müraciət ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar