Sen qelet edib baremde danışırsan!
07 İyul 2013 Bazar 17:25
Xalq artisti Faiq Ağayev ve Flora Kerimova arasında atışma davam edir.
Xalq artisti Faiq Ağayev Flora Kerimovanın onu "gey" adlandırmasına münasibət bildirdi. ANS PRESS-in məlumatına görə, Faiq Agayev öz şəxsi Facebook sehifəsində Flora Kərimovaya cavab verdi:

"Allah heç kimin ağlını başından almasın!
Gülünc, urvatsız, ikrah doğuracaq hala düşməkdən dəhşətli nə ola bilər ki, bir adam üçün? Üstəgəl qadındırsa.

- Çoxərlilik yaşayaraq, mənəvi dəyərlərdən mülahizələr etmək.
- Siyasi əqidəsinə dönük çıxıb, prinsipiallıq haqda dərs keçmək.
- Uduzub, özünü yalandan qalib cildinə salmaq.
- İslam dinini təhqir edib, Allahın adını dilinə gətirmək.
- Sidiklə müalicə edib, "murdar-təmiz" mövzusu haqda söhbət aparmaq.

Bu kimi qəhrəmanlıq səlnaməsini yaşayan bir kəsin çıxışı önəmsiz və dəyərsizdir mənim üçün. Sözün, ittihamın o vaxt dəyəri olur ki, onu söyləyənin buna tam haqqı olsun. Xalqı aldatmaq mümkün deyil. Qüsurlu moizəni qəbul etməz o. Heç bir zaman.

Hakim Kəmalə Əmirxanovanın imzası ilə verilən Səbayil rayon Məhkəməsinin 21.07.2010 tarixli hökmümə əsasən F.Kərimova Cinayət Məcəlləsinin 148 maddəsi ile təqsirli bilinib, cərimə edilmişdir.

Hakim Xəqani Tağıyevin imzası ilə Yasamal rayon Məhkəməsinin 17.01.2011 tarixli hökmünə əsasən, "... Flora Ələkbərovnanın şikayeti üzrə Ağayev Faiq Balağa oğlu təqsirsiz elan edilərək, ona bəraət verilsin."

Her 2 hökm daha yüksək məhkəmə instansiyaları tərəfindən deyişilməz olaraq təsdiqlənib və qüvvəye minib.

Mən "rəhmət" qazanıb, yaşayanların, ictimai nüfuzu şübhə altında olmayanların iradına fikir verərəm yalnız. Bu isə irad, tənqid, eyham deyil. Gözügötürməzlikdən, mənimlə mübarizədə məğlub olmaqdan, çarəsizlikdən doğan acizanə bir böhtan cəhdidir.

Pasportunda Flora Ələkbərovna adını daşıyanın öz dili ilə deyirəm - sən qələt edib barəmdə danışırsan!

FİNİŞ!!!



DOSTLARINLA PAYLAŞ:

oyunlar