Semed Semedov Zorikin nazir olmasına etiraz etmir
07 May 2013 Çərşənbə Axşamı 03:42
Semed Semedov: Bunun nəyi pisdir ki?!
“Zoriki tanımıram. Amma əminəm ki, o, çox istedadlı, ağıllı oğlandır. Əgər o, mədəniyyət və turizm naziri olmaq istəyirsə qoy olsun”. ANS PRESS-in məlumatına görə, bu sözləri Gün.az-a açıqlamasında xalq artisti Səməd Səmədov deyib.

Sənətçi bildirib ki, gənclərə hər zaman dəstək olmaq lazımdır: “Mənim mədəniyyət və turizm nazirimizdən şikayətim, narazılığım yoxdu. Əbülfəz Qarayev öz işinin peşəkarıdır. Əgər Zorik də nazir olmaq istəyirsə, olsun. Bunun nəyi pisdir ki?! Biz gənclərə hər zaman dəstək olmalıyıq”.

Xatırladaq ki, klipmeyker Zorik (Zöhrab Ağayev) mətbuata müsahibələrində mədəniyyət naziri olmaq arzusunu dilə gətirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar