Səməd Səmədov peşman oldu
15 Mart 2013 Cümə 08:39
Xalq artisti Səməd Səmədov evinin və avtomobilinin əsl qiymətini açıqlamağa məcbur oldu.
Xalq artisti Səməd Səmədov evinin və avtomobilinin qiyməti ilə bağlı mətbuatda yayılan xəbərlərdən narahatdır. Müğənni ANS PRESS-ə açıqlamasında yazılanları təkzib etdi: "Nə evimin, nə də maşınımın qiyməti deyildiyi qədər deyil. Mən elə bir açıqlama verməmişəm. Bu məlumat kökündən yalnış məlumatdır."

Xalq artisti müsahibəsinin təhrif olunduğunu deyir: "Başa düşə bilmirəm niyə belə edirlər? Müsahibə verməyimə peşman edirlər adamı. Mənim evim “Zorgi” bağı ilə üzbəüzdür. Bu bağın da qiyməti yoxdur. Belə çıxır ki, evimin qiymətini həmin bağın axşama yaxın mənim evimə düşən kölgə ilə hesablayıblar."

Səməd Səmədov evinin və avtomobilinin əsl qiymətini açıqlamağa ehtiyac duyduğunu dilə gətirdi: "Mənim evimin və maşınımın qiyməti ilə çox maraqlananlara agah olsun ki, evimin qiyməti təxminən 200-250 min, avtomobilimin qiyməti isə 75 min manatdır".

Xatırladaq ki, mətbuatda yazılanlara görə Səməd Səmədov “ATV”-nin “10Lar” proqramına açılamasında yaşadığı evin bir milyon manat dəyərində, avtomobilinin isə 100 min manatlıq olduğunu açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar