Səidə Dadaşova efirdə hədələdi
30 Mart 2013 Şənbə 13:40
Səidə Dadaşova : Atama bir şey olsa, dünyanı dağıdaram.
Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova ANS Televiziyasında yayımlanan “İkinci həyat” verilişində qəzəblənib. ANS PRESS-in məlumatına görə, müğənni Zümrüd Qasımovanın aparıcılıq etdiyi verilişdə şəxsi həyatından şayiə yayanlara üzünü tuturaq onları hədələyib:
“Haqqımda yalandan söz gəzdirənlərə, şəxsi həyatımla bağlı yanlış məlumatlar yayan insanlara deyirəm. Atamın beş dostu varsa, ondan qat-qat artıq düşmənləri var. Mənim barəmdə ona nəsə deyirlər, yaxud eşidir, dərhal əsəbiləşir. Bax buradan deyirəm, atama bir şey olsa, dünyanı dağıdaram”.
DOSTLARINLA PAYLAŞ: