Səfurə Əlizadə İsveçdə fəaliyyət göstərəcək
31 May 2010 Bazar Ertəsi 18:00
Təmsilçimiz Səfurə Əlizadə Telenor Arenada geyindiyi paltarını özü ilə gətirib.
Norveçin paytaxtı Osloda keçirilən "Eurovision 2010"-da ölkəmizi təmsil edən Səfurə Əlizadə "Eurovision nağılı"nın başa çatdığına məyus olduğunu deyib. ANS PRESS-in məlumatına görə, Səfurə həmin günlər üçün darıxacağını bildirib: "Çox darıxacam o günlər üçün. Çox gözəl günlər keçirdim".

Yenidən nağıllar aləminə düşmək arzusunda olan təmsilçimiz "Eurovision"la kifayətlənmədiyini deyir. İsveçdəki səsyazma şirkətlərinin biri ilə müqavilə bağladığını bildirən Səfurə Əlizadə10 gündən sonra İsveçə yolla düşəcək: " İyunun 18-də İsveçdə yeni çıxan albomumun təqdimatı olacaq. Bu albomumun təqdimatı Almaniyada da keçiriləcək. "

"İnşallah Azərbaycanı xarici ölkələrdə təmsil edəcəm", söyləyən müğənni Bakıya tez-tez gələcəyini deyir.

Təmsilçimiz Telenor Arenanın səhnəsində geyindiyi mavi səhnə geyimini də özü ilə gətirib. Səfurə Əlizadə işıq effektləri verən, xüsusi texnalogiya ilə hazırlanmış paltarın onda qaldığını bildirib: "Səhnə geyimim özümdə qaldı. Sizə deyim ki, çox narahat bir geyim idi. Geyimdəki məftillər, nə bilim çıraqlar... normal hərəkət etməyimə çətinlik yaradırdı. Özümü robot kimi hiss edirdim. Amma bunun öhdəsindən gəldim". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar