Səfurə artıq Oslodadır!
17 May 2010 Bazar Ertəsi 11:00
Səfurə artıq Oslodadır! Təmsilçimizi hava limanında fanatlar qarşılayıb.
"Eurovision" təmsilçimiz Səfurə Əlizadə dünəndən Oslodadır. Səfurə Əlizadənin rəsmi internet saytında yerləşdirilən məlumata görə, mayın 16-da Osloya gedən azərbaycanlı iştirakçını “Gardemon” hava limanında NRK və İTV telekanallarının kameraları və fanatlar qarşılayıb. Fanatlar arasında azərbaycanlılarla yanaşı xaricilər də olub.
İfaçıların "Telenor Arena"da əsas məşqləri mayın 24-də start götürəcək. Təmsilçimiz Səfurə Əlizadənin ilk məşqi mayın 18 -də , ikinci məşqi isə mayın 22-də mətbuat konfransı ilə birgə keçiriləcək.

Mayın 17-dən 23-nə kimi 55-ci “Eurovision” müsabiqəsində təmsil olunacaq 39 ölkənin nümayəndələri iki açıq məşq və jurnalistlərlə iki görüş keçirəcəklər. Osloya səfər edəcək 2 mindən çox jurnalist və 300-ə yaxın fanatı qəbul etmək üçün yaradılan Mərkəz də tam hazırdır. "Eurovision-2010" müsabiqəsinin ilk yarımfinalı mayın 25-də, Azərbaycanın iştirak edəcəyi ikinci yarımfinal isə mayın 27–də keçiriləcək. 29 mayda baş tutacaq finala yarımfinal mərhələlərindən keçən 25 ölkə qatıla biləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar