Səddam rolu İbrahim Tatlısesi əsəbləşdirdi
31 Yanvar 2011 Bazar Ertəsi 05:45
Kırmızıgül Hələpçə barədə filmdə Səddam rolu üçün İbonu uyğun görüb və bir vasitəçi ilə təklif göndərib.
Çəkdiyi “Beyaz Melek”, “Güneşi Gördüm” və “Nyu Yorkda beş minarə” filmləri ilə rejissor kimi uğur əldə edən Türkiyənin məhşur müğənnisi Mahsun Kırmızıgül Hələbçə qətliamı barədə film çəkməyə qərar verib. Kırmızıgülün filmdə Səddam rolu üçün uyğun gördüyü və bir vasitəçi ilə təklif göndərdiyi İbrahim Tatlıses əvvəl “ola bilər” desə də oynayacağı rol barədə məlumat aldıqdan sonra bərk əsəbləşib.

Bu barədə məlumatı Türkiyədə nəşr olunan “Sabah” qəzetinin köşə yazıçısı Mahmus Övür yayıb.

“... Kırmızıgül arası sərin olduğu üçün bu təklifi Tatlısesə verə bilmir. Bir gün Kırmızıgülün dostlarından biri bu çətin vəzifəni öhdəsinə götürərək, “mən bu təklifi Tatlısese çatdıraram” – deyib.

Və bir axşam içki süfrəsində təklif İboya çatdırılır: “Abi Mahsun Kırmızıgül Hələpçə qətliamı barədə yeni bir film çəkilişi üçün hazırlıqlara başlayıb və səni də bu filmdə baş rollardan birinə çəkmək istəyir, amma deməyə çəkinir. Nə deyirsən?” – deyə soruşub.

Tatlıses bu təklifə ürəkdən cavab verib: “Əlbətdə. Məmnuniyyətlə belə bir filmdə çəkilmək istəyərəm. Amma rolum nədir, bunu bilməliyəm”.

Bu gözəl sual idi və verilən cavab eyn gözəllikdə deyildi: “Səddam Hüseyn”

Tatlısesin reaksiyasını təxmin etmək çətin deyil. Təbii ki, sadəcə “xeyir” deməyib. Döyülməkdən betər olan şəxs vasitəçi olduğuna peşman vəziyyətdə süfrədən və Tatlısesin qəzəbindən çətinliklə qaçır”.

Xatırladaq ki, Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbçə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumudur.

Hücum vaxtı “iprit”, “zarin”, “tabun” və “VX” qazından istifadə olunub. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir.

1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbçə qətliamını soyqırımı kimi tanıyıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar