Sedar Ortaç: Bu hökumət sayəsində cavanlıq səhvlərimi gördüm
16 May 2013 Cümə Axşamı 13:34
Sedar Ortaç Türkiyə hökumətinə dəstəyini bəyan edib.
“Cavanlıq səhvlərimi bu hökumətin sayəsində gördüm”. Bunu “iDergi” jurnalına verdiyi müsahibədə Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç deyib. Müğənni AKP-nin (Hakim Ədalət və İnkişaf Partiyası) ölkəyə gəlmiş ən yaxşı hökumət olduğunu deyib. “1970-də dünyaya gəlmiş biri kimi çox hökumətlər görmüşəm. Hazırki hökumət indiyə qədər gələnlərin ən yaxşısıdır. Etdikləri, edəcəkləri, vədetdikləri hər şeyi və getdikləri yolu bəyənirəm”.

Müğənni, PKK terror təşkilatı ilə atəşkəsə nail olmaq məqsədilə “Sülh prosesi”nə dəstək üçün yaradılan “Akil İnsanlar” (Ağıllı insanlar) layihəsinin də doğru addım olduğunu deyib. ““Akil İnsanlar” layihəsi son dərəcə doğru təşəbbüsdür. Bundan əvvəlki bütün səhvlərimiz üçün hamıdan üzr istmək lazımdır. Yaralarımızı sarımaq üçün bütöv olduğumuzu unutmamalıyıq. Mən belə düşünürəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar