Seda Sayan təhsil nazirinə hörmətsizlik edib
07 Dekabr 2009 Bazar Ertəsi 01:45
Təhsil nazirini məktəb açılışına dəvət edən müğənni Seda Sayan tədbirə gəlməyib
Türkiyənin məhşur müğənnisi və teleaparıcısı Seda Sayan təhsil naziri Nimet Çubukçuya qarşı hörmətsizlik edib. Rəsmi işi ilə əlaqədar Tokat vilayətində olan təhsil naziri Nimət Çubukçu eyni şəhərdə Seda Sayanın tikdirdiyi litseyin açılışına da dəvət edilmişdi. İşini başa vuraraq “Ayşe Ak – Seda Sayan” litseyinin açılışına gələn nazir müğənninin tədbirdə iştirak etmədiyini görür. Seda Sayanın işi çox olduğu üçün tədbirə gəlmədiyini öyrənən nazir açılış proqramında iştirak etməyərək geri qayıdıb. Nazir Nimet Çubukçu jurnalistlərin suallarına, “cavab verəcək bir şey yoxdur” – deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: