Səbinə Babayeva qələbə haqqında düşünməlidir
16 Fevral 2012 Cümə Axşamı 15:28
Eldar Qasımov: Düşünürəm ki, Səbinə Babayeva uğur qazana bilər.
“Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərindən biri olan Eldar Qasımov Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva barəsində ANS PRESS-ə açıqlamalar verib verib.

Eldar bu il ölkəmizi "Eurovision" mahnı müsabiqəsində Səbinə Babayeva təmsil edəcək. Sən bu seçim barədə nə düşünürsən?
-Çox gözəl seçimdir. Düşünürəm ki, Səbinə uğur qazana bilər. Uğur qazanmaq tək Səbinənin özündən asılıdır. Onun qələbə qazanması Səbinədən başqa heç kəsdən asılı deyil. Məhz Səbinə finalda səhnədə tək olacaq. O çalışmalıdır ki, bütün Avropa ona, onun mahnısına inansın. Bildiyimə görə, artıq bir neçə günə hazırlıq başlayır.

Yarışmanın qalibi kimi, öz təcrübəndən Səbinəyə hansı məsləhətləri verərdin, Səbinə uğur qazanmaq üçün nə etməlidir?
-Oy... (gülür) Düşünürəm ki, hər şey onun özündən asılıdır. Çalışsın ki, sadəcə qələbə haqqında fikirləşməsin. Heç vaxt qələbə haqqında düşünməsin. Tam sərbəst olmalıdır. O hiss etməlidir ki, bu səhnə üçün doğulub və hər kəsə bunu sübut etməlidir. Yəni müsabiqə xətrinə yox, sadəcə sevdiyi üçün ifa etməlidir. "Eurovision"dan qabaq biz fikirləşirdik ki, bu, müsabiqədir, burada rəqabət çox böyükdür. Amma səhnədə olanda müsabiqə barədə heç fikirləşmirsən. Çünki başqa müğənnilərlə, digər iştirakçılarla münasibətdə olursan, artıq kiminləsə aranda dostluq yaranır. Şəxsən mən səhnəyə çıxanda özümü dünya miqyaslı bir müğənni kimi hiss edirdim və düşünürdüm ki, "Eurovision" yarışmasında iştirakçı kimi yox, qonaq qismindəyəm. Bu mənə çox kömək etdi. Səhnədə həyəcanlanmadım, əsəblərimi qorudum və gərgin olmadım. Amma əlbəttə ki, səhnədən qabaq həyəcan var idi. Dediyim kimi, özünü səhnədə tam sərbəst hiss etməlisən.


DOSTLARINLA PAYLAŞ:

oyunlar