Sarı Lalələr ifaçısı Özkan Uğur xərçəngə yaxalandı
02 Aprel 2013 Çərşənbə Axşamı 06:57
MFÖ-nün “Sarı Lalələr” mahnısı hər yaş qrupu tərəfindən sevilirdi.
Türkiyənin məşhur “MFÖ” (MFÖ – Mazhar, Fuad, Özkan) qrupunun solistlərindən biri Özkan Uğur xərçəng xəstəliyinə yaxalanıb. ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl səhhətində yaranmış nasazlıq səbəbindən həkimə müraciət edən müğənninin linfa xərçəngi olduğu aşkarlanıb. Xəstəliyi səbəbilə kimyəvi terapiyaya başlayan 60 yaşlı müğənni musiqi fəaliyyətini də dayandırıb.
Qeyd edək ki, daha əvvəl bir çox film və serialda çəkilən Özkan Uğur TRT-də nümayiş olunan “Şubat” serialında və “Yandex” brauzerin reklamında da çəkilmişdi.
Bir çox mahnının mahir ifaçısı olan qrupun “Sarı Lalələr” mahnısı hər yaş qrupu tərəfindən sevilirdi.