Samirə Allahverdi ərinin qadağasından danışdı
24 Fevral 2014 Bazar Ertəsi 12:58
İki övlad sahibi olan müğənni Samirə Allahverdi hələ də şəxsi ev sahibi deyil.
Müğənni Samirə Allahverdinin həyat yoldaşı ona maşın sürməyi qadağan edib. Samira Allahverdi ANS-ə maraqlı açıqlama verib. O, həyat yoldaşının ona qoyduğu qadağadan danışıb.
"Bir necə dəfə yoldaşım həyətdə maşın sürməyi öyrədib. Amma risk edib mənə həvalə etmir. Mənim təhlükəsizliyə görə narahat olur. Deyir həddindən çox maşın var, özünü itirə bilərsən sükan arxasında. Hara lazım olsa özüm apararam. Mən də deyirəm ki, bu sözləri deyirsənsə mən maşın sürə bimərəm".

Söhbət əsnasında o da bəlli olub ki, 2 övlad sahibi olan müğənni uzun illərdir ailəli olsa da hələ də şəxsi evi yoxdur. "Əslində mənə ev lazımdır deyə indi onu arzulayıram. Şəxsi evim yoxdur".



DOSTLARINLA PAYLAŞ:

oyunlar