Samir Piriyev nigah masasına otura bilmədi
15 İyul 2010 Cümə Axşamı 14:15
Buna səbəb müğənni Samir Piriyevin keçmiş həyat yoldaşı ilə rəsmən boşanması barədə qətnaməni ala bilməməsidir.
İyulun 12-də ikinci dəfə toy çaldıran müğənni Samir Piriyev yalnız dini nigaha girə bilib. ANS PRESS-in məlumatına görə, Samir birinci həyat yoldaşı Yeganə Mansurova ilə rəsmən boşansa da, bu, ikinci evlilik üçün yetərli olmayıb.
Belə ki, məhkəmənin boşanmaq barədə qətnaməsi aidiyyatı Vətəndaş Vəziyyətlərinin Akt Qeydiyyatı şöbəsinə (VVAQ) təqdim edilməyib. Bunun üçün boşanmaq barədə məhkəməyə ərizə verən iddiaçı tərəf Yeganə Mansurova qətnaməni yerli VVAQ şöbəsinə təqdim edərək nigahın ləğv olunmasını sənədləşdirməlidir. Bu səbəbdən VVAQ şöbəsində Samir Piriyev və Yeganə Mansurova hələ də rəsmi nigahdadırlar.
Toy günü yalnız dini kəbin kəsdirən Samir Piriyev tez bir zamanda indiki həyat yoldaşı ilə rəsmi nigaha daxil olmaq üçün müraciət edəcəyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: