Samir Əliyev xəstəxanaya yerləşdirilib
12 Mart 2011 Şənbə 15:26
Samir Əliyev: "Özümə gələndə gördüm ki, ayaqlarım işləmir"
Stilist Samir Əliyev xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, stilist bu gün səhər saatlarında hamam otağında huşunu itirib və 2 saatdan sonra özünə gəlib.
Hal-hazırda paytaxtın özəl klinikalarından birinə yerləşdirilən Samir Əliyevin vəziyyəti stabildir. Klinikanın həkimi Ziba Həsənova ANS PRESS-ə açıqlamasında hələ ki xəstəyə soyuqdəymə diaqnozu qoyduqlarını bildirdi: "Samir Əliyev soyuqdəymədən müalicə alır. Klinikaya yerləşdiriləndə 40 dərəcə qızdırması var idi. Xəstəni normal vəziyyətə gətirəndən sonra digər müayinələrdən keçirəcəyik. Hal-hazırda sistem köçürülür, qızdırmasını aşağı salmağa çalışırıq".
Samir Əliyev çox danışa bilməsə də, ANS PRESS-ə açıqlamasında bunları söyləyə bildi: "Vəziyyətim çox pis idi. Hərarətim yüksək olduğundan huşumu itirmişəm. Özümə gələndə gördüm ki, ayaqlarım işləmir. Çox qorxdum..." ANSPRESS
DOSTLARINLA PAYLAŞ: