Samir Bağırov səhnəyə qayıdıb
14 Aprel 2009 Çərşənbə Axşamı 14:35
Müğənni ağır xəstəlikdən əziyyət çəkməsi barədə yayılan məlumatları əsassız adlandırıb

 

Uzun müddət səhnədən və efirlərdən uzaqlaşan müğənni Samir Bağırov nəhayət ki, səhnəyə qayıdıb. İfaçı bu gün ANS TV-nin "Xoş vaxt olun" verilişinin qonağı olub.

Müğənni ANSPRESS-ə açıqlamasında bildirib ki, ağır xəstəliyə tutulması ilə bağlı olaraq mətbuatda yazılanlar tamamilə yalandır. Onun sözlərinə görə, efirlərdə görünməməsi depressiyada olması, bəzi müğənni həmkarlarından inciməsi və bir çox başqa nüanslarla əlaqədar olub. «İnsan həmişə oxuya bilməz. Məndə də bəzən elə vəziyyət olur ki, oxuya bilmirəm».

Samir Bağırov bu müddət ərzində kökəldiyini də qeyd edib. Bu barədə ifaçıya onu uzun müddət fasilədən sonra efirdə görənlər də deyiblər. Buna görə də S. Bağırov yaxın bir həftədə formaya düşəcəyini və ictimaiyyət arasında daha tez-tez görünəcəyini bildirib.

Müğənni artıq yeni mahnılar üzərində də işləyir və yaya kimi pərəstişkarlarını yeni mahnıları ilə sevindirəcək. S. Bağırov konsert vermək arzusunu da gizlətməyib. Öncədən danışmağın ona düşmədiyini desə də, S.Bağırov bu yay bu istəyini reallaşdırmaq arzusundadır. Konsert isə Yaşıl Teatrda keçirilə bilər.

Kəmalə Məmmədova/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar