Sami Yusifdən Azərbaycana dəstək
27 Fevral 2010 Şənbə 13:15
Müğənni Sami Yusif Xocalı soyıqımına etiraz edib
Dünya şöhrətli müğənni, Azərbaycan əsilli Sami Yusif Xocalı soyqırımına etiraz edərək, azərbaycanlılara dəstək nümayiş etdirib. Müğənni xocalılara dəstək məqsədilə bəyanat yayıb. Bu barədə ANS PRESS-ə ifaçının Azərbaycandakı internet səhifəsinin rəhbəri Fuad Babayev məlumat verib.

Bəyanatın tam mətnini olduğu təqdim edirik:

"Biz heç bir zaman asılı olmayacağıq.
Keçmiş Sovet İttifaqında yerləşən Xocalıda törədilən kütləvi qırğının 18-ci ildönümü qeyd edildi. Azərbaycanda və dünyanın başqa yerlərində baş vermiş bu və digər saysız vəhşiliklər barədə hər yerdə səslənməliyik.
Biz səssizlərin və əzab çəkmişlərin səsiyik. Əgər biz sussaq, onların səsi susdurulacaq. O zaman bu əsarət özü qədər dəhşətli olmazmı? Hər kəsə sülh və xeyir - dua diləyirəm!

Sami Yusif"

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Azərbaycanın Xocalı şəhərində soyqırım aktı törədilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız təqribən 3 min insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər vəhşicəsinə ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar