Şakiraya keçmiş sevgilisindən ağır zərbə
04 Dekabr 2012 Çərşənbə Axşamı 16:19
Argentinanın keçmiş dövlət başçısının oğlu müğənniyə xərclədiyi pulları geri istəyir.
Kolumbiyalı müğənni Şakiranın eks-sevgilisi Antonio de La Rua ona 100 milyon dollarlıq təzminat davası açıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Argentinanın keçmiş dövlət başçısı Fernando de la Ruanın oğlu 10 illik sevgilisinə karyerasında dəstək olduğu üçün indi onun əvəzini almaq niyyətindədir.
Antonio Ruanın vəkili Villiam T. Reid Şakira ilə bu məsələyə dair danışdıqlarını, lakin müğənninin irəli sürülən bütün iddiaları rədd etdiyini bildirib. Şakira özü də hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Bununla bağlı noyabr ayından Nyu-York məhkəməsində iş qaldırılıb.
DOSTLARINLA PAYLAŞ: