Şakiranın səhnədə barmağından üzüyünü çıxardılar
14 Aprel 2011 Cümə Axşamı 06:23
Hadisə hər cür qeyri-leqal hadisələrin və mafiyanın vətəni hesab edilən Meksikada baş verib
Kolumbiyalı məşhur müğənni Şakiranın konsertdə üzüyü oğurlanıb. Hadisə hər cür qeyri-leqal hadisələrin və mafiyanın vətəni hesab edilən Meksikada baş verib. Monterrey şəhərində keçirdiyi konsertdə pərəstişkarlarını salamlayan Şakiranın üzüyü müğənninin əlini tutan tamaşaçılardan biri tərəfindən sürətlə barmağından çıxarılır. Şakira barmağından üzüyün çıxarıldığını hiss etsə də baş vermiş oğurluğa heç bir reaksiya vermədən konsertinə davam edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar