Şakira kürdcə oxuyacaq
19 Mart 2012 Bazar Ertəsi 15:44
Sənətçi Şakira Hələb qətliamını qınamaq üçün bu addımı atıb.
Dünyanın ən məşhur müğənnilərindən biri olan Şakira kürd dilində mahnı oxuyacaq. ANS PRESS-in CNN Türkə istinadla verdiyi məlumata görə, o, Hələb qətliamını qınamaq üçün albomunda kürd dilində iki mahnıya yer verəcək.
Mahnıları Şakira və kürd sənətçisi Hemin Xalid 3 dildə - kürd, ingilis və ispan dillərində ifa edəcəklər.
Qeyd edək ki, 16 mart 1988-ci ildə Səddam Hüseynin əmriylə törədilən “Hələb Qətliamı”nda 5 min kürd öldürülmüşdü. Əksəriyyətinin qadınlar və uşaqlar olduğu qurbanlar kimyəvi silahla qətlə yetirilmişdi, 15 min insan isə yaralanmışdı. Səddam Hüseyn qətliama səbəb kimi İraqın şimalındakı tayfaların İrana yardım etməsini göstərmişdi.
DOSTLARINLA PAYLAŞ: