Müğənni Şakira sağlamlıqdan danışıb.
Bakıda konsert proqramı ilə çıxış edən UNICEF-in xoşməramlı səfiri Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən 17 yaşadək qızlardan ibarət futbol liqasının bir qrup oyunçusu ilə görüşüb.
AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, AFFA ve UNICEF artiq bir ildən çoxdur ki əməkadaşlıq edir və bu əməkdaşlıq çərçivəsində bir neçə tədbir keçirilib. Tədbirlərin əsas hissəsini tədris yönümlü təlimlər təşkil edir.
Şakira sağlam həyat tərzi haqqında məlumatlılığı,qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib.
"İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər üzündən bir çox qızların edə bilmədiyi digərləri ilə sosial ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər", - Şakira deyib.
Qız oyunçularla söhbət zamanı müzakirə olunan önəmli mövzulardan biri də erkən nikahlar məsələsi olub. Son zamanlar aparılmış tədqiqat zamanı məlum olub ki, erkən nikahlar müşahidə olunmaqda davam edir, çünki bəzi valideynlər hələ də öz qızlarının təhsillərini davam etdirməsini deyil, erkən yaşda nikah qurmasını məqbul hesab edirlər və düşünürlər ki, təhsilə daha çox oğlanların ehtiyacı var. Təhsil yeniyetməlik dövründə hamiləlikdən və uşaq doğumundan qaynaqlanan sağlamlıq üçün riskləri, sosial məhdudiyyətləri və qızlar və onların dünyaya gətirdiyi uşaqlar üçün digər zərərləri şərtləndirən qızlar arasında erkən nikahların qarşısının alınmasına yardım edir.