Şahrux Xan məhkəməyə verildi
04 Aprel 2013 Cümə Axşamı 11:50
Bollivud ulduzundan 18,5 mln dollar həcmində mənəvi təzminat tələb edilir.
Dünya şöhrətli hind aktyoru Şahrux Xanı öz həmkarı məhkəməyə verib. Belə ki, hind aktyoru və rejissoru Manoc Kumar Bollivud ulduzuna qarşı multi-milyonluq məhkəmə iddiası qaldırıb. Manoc Kumar iddia edir ki, Şahrux Xan onun ələ salındığı səhnələr olan filmi Yaponiyada həmin səhnələri silmədən təqdim edib.
Kumar Şahrux Xandan və sözügedən filmin prodüseri olan "Eros International" şirkətindən ona vurulan mənəvi ziyana görə 18,5 milyon dollar tələb edir.
Məhkəmə işi hələ 2007-ci ildə qaldırılmışdı, həmin vaxt Mumbay məhkəməsi Şahrux Xandan Manoc Kumarın ələ salındığı filmdən həmin səhnələri silməyi tələb etmişdi. Həmin vaxt Şahrux Xan öz həmkarından üzr də istəmişdi. Lakin bu yaxınlarda həmin filmin Yaponiyada əvvəlki versiyada təqdim edilməsi həmin məsələni yenidən gündəmə gətirib.
DOSTLARINLA PAYLAŞ: