Safura musiqini buraxdı
21 İyul 2013 Bazar 17:59
Müğənni Safura Facebook hesabında fanatları ile sağollaşıb.
Sənayə və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva da sənəti ilə vidalaşıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Evrovision” təmsilçimiz özünün "Facebook" səhifəsində məlumat verib:
“Axşamınız xeyir, mənim əziz fanatlarım, dostlarım. Necəsiniz? Sizin hamınız üçün çox darıxmışam. Mən artıq işlərimə son qoydum. Lakin mən həmişə sizinlə olacam. Sizin hamınızı sevirəm”.
Qeyd edək ki, Safura Əliyevanın toyu iyulun 5-də Bodrumda baş tutmuşdu. Bu, Fərhad Əliyevin ikinci evliliyi idi.
Onu da xatırladaq ki, Azərbaycana "Eurovision-2009" müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə də Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra sənətdən uzaqlaşdı.
DOSTLARINLA PAYLAŞ: