Şabanın qızı Ezo Sunal nişanını qaytardı
28 Yanvar 2011 Cümə 05:55
Şabanın qızı Ezo Sunal “Uzun müddət ailə qurmaq barədə də fikirləşməyəcəyəm”.
Keçən ilin avqust ayında Gökhan adlı sevgilisi ilə nişanlanan Türkiyənin Şaban kimi tanınan aktyoru Kamal Sunalın qızı Ezo Sunal nişanını qaytarıb. Qeyd edək ki, yanvarın 29-da (sabah) cütlüyün toyu olmalıydı. Sunal bu qərarı Gökhanla birlikdə qəbul etdiklərini, uzun müddət ailə qurmaq barədə də fikirləşməyəcəyini deyib: “Bu qərarı Gökhanla birlikdə qəbul etdik. Belə olması daha xeyirlidir. Həyat davam edir. Bundan sonra müəlliməliyə daha çox vaxt ayıracağam. Uzun müddət ailə qurmaq barədə də fikirləşməyəcəyəm”.

Nişanın qaytarılmasına təəssüfləndiyini deyən ana Gül Sunal qızının bir şey bildiyi üçün belə bir addım atdığını deyib: “Qızım belə bir qərar qəbul edibsə deməli bir şey bilir. Həyatı üçün ən düzgün qərarı da o verər. Onsuzda nişanlılıq bir müddət üçün yoxlama vaxtıdır. Allah xeyir versin deməkdən başqa heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Gül Sunal toya dəvət edilən qonaqlara tək-tək zəng vuraraq toyun baş tutmayacağını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar