Rza Zərrab ilə Ebru Gündəşin qızı görüntüləndi
09 Aprel 2013 Çərşənbə Axşamı 14:09
Alara iki il mətbuatdan gizli saxlanılıb.
Azərbaycanlı iş adamı Rza Zərrabla evli olan Türkiyənin məşhur müğənnisi Ebru Gündəş qızını üzə çıxarıb. İki ildir jurnalistlərdən qaçan, övladını hər vasitə ilə mətbuatdan gizli saxlamağa çalışan Ebru Gündəş deyəsən sonda təslim olub.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, sənətçi 2011-ci ildə doğulan qızı Alara ilə ötən gün İstanbuldakı ticarət mərkəzlərindən birinə gedib. E. Gündəşin qızını bir an olsun belə qucağından yerə qoymaması diqqət çəkən əsas məqamlardan biri olub.

Alara ilə kafedə oyun oynayan müğənninin kefi dostu Sərdar Ortacın kafeyə gəlməsi ilə daha da yüksəlib. Bir müddət sonra o yuxusu gələn qızını dayəsi ilə evə göndərib.

Ebru Gündəş jurnalistlərin suallarını cavab verməsə də, Sərdar Ortac Alaranı tərifləyib. "Alara eyni ilə Ebru Gündəşdir. Çox şirin uşaqdır. İnşallah bizədə Alara kimi bir uşaq nəsib olar".








DOSTLARINLA PAYLAŞ:

oyunlar