Rusiyalı fanatları Məryəm Üzərlini ağlatdı
11 Mart 2014 Çərşənbə Axşamı 04:19
Xanım pərəstişkarlar hazırladıqları video-çarxda öz arzu və sevgilərini əllərində tutduqları kağıza yazaraq nümayiş etdiriblər.
"Muhteşem Yüzyıl"ın Hürrəm sultanı kimi tanınan aktrisa Məryəm Üzərliyə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə rusiyalı fanatları video-çarx hazırlayıb hədiyyə ediblər.
ANS PRESS-in xəbərinə görə, ötən ay övladını qucağına alan aktrisanı yaxınları sevindirməkdə davam edir. Belə ki, aktrisanın Rusiyada yaşayan sadiq pərəstişkarları ona "8 Mart" hədiyyəsi ediblər.
Xanım pərəstişkarlar hazırladıqları video-çarxda öz arzu və sevgilərini əllərində tutduqları kağıza yazaraq nümayiş etdiriblər.
Elə həmin gün "Youtube" video platformasına yüklənən video-çarxa 8 minə yaxın baxış olub. Məryəm Üzərli də həmin görüntüləri izlədikdən sonra kövrəlib. O, hisslərini sosial şəbəkədə bu cür bildirib:
"Bu video məni ağlatdı. Vauu çooooox sağ olunnnn - Allahım, çoooox şirin və sevgi doludur! Sizi çox sevirəm! Öpücüklər"
DOSTLARINLA PAYLAŞ: