Running scared mahnısı Avropa dinləyicilərinin marağına səbəb olub
01 Aprel 2011 Cümə 15:50
Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək Eldar Qasımov və Nigar Camal Düsseldorf səhnəsində ifa edəcəkləri “Running scared” mahnısı Avropa dinləyicilərinin marağına səbəb olub.
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək Eldar Qasımov və Nigar Camal Düsseldorf səhnəsində ifa edəcəkləri “Running scared” mahnısı Avropa dinləyicilərinin marağına səbəb olub. APA-nın məlumatına görə, Azərbaycanın 56-cı “Eurovision” mahnısı ötən iki həftə ərzində Gürcüstan, Bolqarıstan, Latviya, Litva, Polşa, Xorvatiya və Bosniya və Hersoqovinanın radiolarında səslənir.
“Runnning Scared” mahnısı Litvanın M1 radio dalğasında, Xorvatiyanın Slavonski Radio, Radio Kaj və Radio Split radio stansiyaları daxil olmaqla 11 radio stansiyasında, eyni zamanda Estoniyanın Vikerraadio və Raadio 4, Bosniya və Hersoqovinanın 4 radio dalğasında səslənir və çoxsaylı dinləyicilər tərəfindən bəyənilib. Bolqarıstanın Vitosha radio dalğasında isə “Running scared” dinlənilən andan hit-paradın lider mahnıları arasındadır.
Eldar Qasımov və Nigar Camalın ifasında səslənən mahnını eyni zamanda on-line şəklində dinləmək mümkündür. Dinləməklə yanaşı, Düsseldorfda ifa olunacaq “Running scared”ə səs vermək və hit-paradlarda mahnının yerini yüksəltmək mümkündür. Azərbaycanın “Eurovision-2011” mahnısı http://laluna.lt/top40vote, http://www.m-1.fm/top40/, http://www.gradskiradio.hr/, http://vikerraadio.err.ee/, http://www.radiobobar.com/, http://www.radiosarajevo.ba/, http://vitoshaonline.com/new internet səhifələrində dəstəkləmək olar.
DOSTLARINLA PAYLAŞ: