Ruhinin hamilə olduğu təsdiqləndi
06 Aprel 2012 Cümə 15:19
Müğənni ana olanadək həkim nəzarətində qalacaq
Tanınmış müğənni və biznes-ledi Ruhinin hamiləlik xəbərləri yayılıb və onun bir müddət ciddi həkim nəzarətində qalmalı olduğu deyilir. Ruhinin PR meneceri Nəzakət Hacıyeva ANS PRESS-ə açıqlamasında xəbəri təsdiqlədi: “Bəli, Ruhi artıq hamiləliyin 6-cı ayındadır”.

Nəzakət Hacıyeva onu da bildirib ki, Ruhinin səhhətində problemlər hələ də qalmaqdadır: “Məlumdur ki, Ruhi əvvəllər bir neçə dəfə müalicə kursları keçib. Ona görə də həkimlər ona uşaq dünyaya gələnə qədər onların nəzarəti altında qalmağı məsləhət görüblər”.

Qeyd edək ki, bu, müğənninin ilk hamiləliyidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar