Ruhi Turkiyədə əməliyyət olunub? Tibb bacıları da biznes-ledinin ağır əməliyyat keçirdiyini deyirlər.
Biznes sahəsində uğurlu addımlarını atan, lakin son günlər səsi-sorağı gəlməyən Ruhini bu yaxınlarda İstanbulun özəl Alman Xəstəxanasında görüblər. Bu barədə ANS PRESS-ə İstanbulda yaşayan azərbaycanlı jurnalist Ülvi Hadiyev məlumat verib:
"Dekabrın sonuna yaxın İstanbuldakı xəstəxanalardan birində Ruhi xanımı gördüm. Hər şeyin yaxşı olduğunu desə də yeriyəndə çətinlik çəkməsı onun əməliyyat olunduğundan xəbər verirdi. Tibb bacıları da yaxınlarda Ruhinin ağır əməliyyat keçirdiyini desələr də o özü bu xəbərlərin doğru olmadığını, alman xəstəxanasına anasının müalicəsi ilə əlaqədar gəldiyini bildirdi. İstanbulda müalicə olunduğunu gizlədən biznes-ledi bu barədə danışmaq istəmədiyini və əməliyyat olunmadığını dəfələrlə vurğuladı. Sonra onunla telefon əlaqəsi yaradıb hal-əhval tutmaq istəsəm də səylərim boşa çıxdı".
Qeyd edək ki xəbəri dəqiqləşdirmək üçün Ruhiylə əlaqə saxlamaq istəsək də onun Bakıda olmadığını öyrəndik. Xəstəxananın önündə çəkilmiş şəkilə baxdıqda Ruhinin səhhətində problem olduğu nəzərdən yayınmır.