Ruhi şou-biznesdən getdi
12 Noyabr 2009 Cümə Axşamı 23:15
Ruhi şou-biznesdən getdi. Müğənni bu gün sonuncu albomunu təqdim edib
Ruhi şou-biznes aləmi ilə vidalaşır. Müğənni bunu bu gün “Mən sənsiz ölmədim” albomunun təqdimat mərasimində bəyan edib.

Sənətdən getməsinin səbəbini açıqlamayan müğənni "hər şeyin öz zamanı var" sözləri deyib.

Qeyd edək ki, təqdimatda İlhamə Quliyeva, İzzət Bağırov, Nadir Qafarzadə, skripkaçı Ceyhun və digər müğənnilər iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar