Biznes-ledi kimi tanınan Ruhi Aliyeva yeni titul verildi.
Biznes-ledi kimi tanınan, keçmiş müğənni Ruhi Əliyevaya yeni titul verildi. ANS PRESS-in məlumatına görə, “Dəb ikonası” adı ona “A Qlamur” modalar evinin açılışında verilib.
Moda evinin direktoru Afaq İsmayılzadənin ən sevimli qonağı olan Ruhiyə bu adı elə tədbir iştrakçıları təqdim edib. Hər zaman dəbli və gözəl görünən Ruhinin yeni tutulu hər kəsin ürəyincə olub.
Ruhi özü də bu adı məmmunluq hissi ilə qəbul etdi: “Təşəkkür edirəm hər kəsə”.
Afaq xanımın şəxsi kolleksiyası nümayiş olunan gecədə digər məşhur simalar da iştirak edib. Onların sırasında Zamiq Hüseynov və Elnur Məmmədovu görmək olar. Şou-biznesin ən tələbolunan stilist-vizajistləri Elnur Həsənov və Nigar İbrahimova da vurğulamaq yerinə düşər.
Onu da qeyd edək ki, tədbirdə iştirak etməyə söz verən xalq artisti Brilliant Dadaşova paytaxt tıxaclarına görə mərasimə qatıla bilməyib.
Gecədə baş verən ən maraqlı məqamları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.