Röyaya sui-qəsd hazırlandığını deyən şəxs tutuldu
15 İyun 2011 Çərşənbə 13:01
ANS TV-nin efirinə zəng edən şəxs onun avtomobillə vurulacağını deyib.
Röyaya qarşı sui-qəsd hazırlanacağı barədə yalan məlumat verən şəxs müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün saat 11.51-də özünü təqdim etməyən şəxs ANS TV-nin "Günəbaxan" verlişinə telefonla zəng edərək müğənni Röyaya verilişdən sonra sui-qəsd hazırlanması (avtomaşınla vurulacağı) barədə məlumat verib.

Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Yalan məlumatın Astara şəhərində yaşayan İlqar Əliyev tərəfindən verilməsi müəyyən edilib və o, polisə gətirilib, izahatı alındıqdan sonra buraxılıb.

Qeyd edək ki, ötən gün Röya Ayxan ad günü münasibəti ilə "Günə baxan" verilişinin qonağı olub. Verilişdə onu təbrik etmək üçün sənətçi həmkarları da iştirak ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar