Röya Toliklə barışmaq üçün ilk addımı atdı
02 Fevral 2013 Şənbə 13:51
Röya Natavan Həbibi ilə də dostlaşıb.
Xeyli vaxtdır küsülü olan və bir daha barışmayacaqları deyilən müğənni Röya və prodüser Tolik deyəsən barışacaqlar. ANS PRESS-in Show.az-a istinadən verdiyi məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin Gənclər Günü münasibəti ilə keçirtdiyi tədbirdə Röya gözlənilməz addım atıb.

Belə ki, tədbirdə Natavan Həbibinin ifasından sonra ilin ən çalışqan prodüseri adını alan Tarix Əliyev mükafatını almaq üçün səhnəyə çağırıldı. Lakin üzrlü səbəbdən onun tədbirdə iştirak etmədiyi aydın oldu. Növbəti nominant kimi ilin ən yaxşı mahnısı mükafatını almaq üçün səhnəyə dəvət olunan Röya gözlənilmədən Toliki təbrik edib. Və əlavə olaraq: “İki məşhur müğənni onu təbrik edir. Tolik burda olsaydı, yəqin ki, çox təəccüblənərdi”deyə qeyd edib. Tolikin hədiyyəsini isə Natavan götürüb ki, özünə çatdırsın.

Deyəsən, illərdir küsülü olan iki dostdan biri ilk addımı atdı. Bəlkə də, bu Röyadan Tolikə bir jestdir. Görəsən, Tolik qarşılıq olaraq hansı addımı atacaq?

Əlavə olaraq qeyd edək ki, xeyli müddətdir aralarında soyuqluq olan 2 müğənni də bu tədbirdə çox mehriban idi. Natavanla Röya arasındakı soyuqluq artıq yoxa çıxmış kimi görünürdü. Allah mehriban etsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar