Röya şou-biznesin kraliçasıdır
10 İyun 2013 Bazar Ertəsi 04:27
Xalq artisti İlhamə Quliyevanın titul verdiyi növbəti müğənni Röya olub.
Xalq artisti İlhamə Quliyevanın titul verdiyi növbəti müğənni Röya olub. Axşam.az-ın məlumatına görə, “Qrand 2012” mükafatlandırma mərasiminə qatılan müğənni mikrafonu götürərək, Röyanı “Şou-biznesin kraliçası” elan etdiyini deyib:
“Röyanın sənətini, özünü çox sevirəm. Bu gündən etibarən onu şou-biznesin kraliçası adlandırıram”.
Xalq artistinə təşəkkür edən Röya bu sözləri əlavə edib: “İlhamə xanım hər adama titul vermir. Çox sağ olsun. Baxın bu adı mən demirəm, İlhamə xanım söyləyir".
DOSTLARINLA PAYLAŞ: