Röya polisə müraciət etdi
08 May 2012 Çərşənbə Axşamı 18:22
"Onlar bu şərəfsiz əməlləri ilə mənə külli miqdarda maddi və mənəvi zərər vurublar".
Müğənni Röya hakerlər tərəfindən fotoları və mahnılarının oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müğənninin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata əsasən, bəyanatda qeyd edilir ki, müğənninin komandasını son zamanlar keyfiyyətsiz versiyada Röyanın özbaşına yayılan mahnıları çox narahat edirdi.
“Nəhayət ki, komandamızın səyi və araşdırması nəticəsində məlum oldu ki, prodüserim Kənanın e-mail ünvanı hakerlər tərəfindən sındırılaraq mütəmadi olaraq oradan yeni mahnılarım, şəkillərim və şəxsi məlumatlarım oğurlanır. Ən acınacaqlısı da odur ki, bunu mənə qarşı edənlər özlərini fanat adlandıran şəxslər olub. Onlar bu şərəfsiz əməlləri ilə mənə külli miqdarda maddi və mənəvi zərər vurublar. Bu səbəbdən, mən də öz növbəmdə hakerlik etmiş Tima və Azad adlı bu “fanat”ların və onlara bu işdə kömək edən, bu işlərini ört-basdır edən digər şəxslərin Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılmasını istəyəcəyəm”.
Bəyanatda qeyd edilir ki, bu, digərlərinə də dərs olmalıdır.
DOSTLARINLA PAYLAŞ: