Röya məhkəməyə veriləcək
23 Fevral 2010 Çərşənbə Axşamı 12:10
Röya məhkəməyə veriləcək. Nadir Əzimov: "Mən onun səviyyəsinə enə bilmərəm".
Bəstəkarlar İttifaqının üzvü Nadir Əzimov müğənni Röyanı məhkəməyə verib. Bu barədə ANS PRESS-ə Nadir Əzimovun özü məlumat verib. Bəstəkar iddia edir ki, müğənni efir vasitəsi ilə onu təhqir edib

“Röyanın məqsədi o di ki, mən də televiziya vasitəsilə ona cavab verim. Amma mən onun səviyyəsinə enə bilmərəm. Mən incəsənət adamıyam, eyni zamanda kişiyəm. Qoy onunla məhkəmə məşğul olsun. Röyaya Azərbaycan dövlətinin qanunlarına riayət etməyi başa salsınlar”, deyə N. Əzimov bildirib.

Qeyd edək ki, Nadir Əzimovun vəkili Röyalə Yaqub qızı Nəcəfovanın qeydiyyatda olduğu yaşayış yerini müəyyənləşdirmək üçün artıq Daxili İşlər Nazirliyinə sorğu göndərib. Lazımi məlumat əldə edildikdən sonra müvafiq rayon məhkəməsinə şikayət ərizəsi veriləcək. Bəstəkar Röyaya qarşı şərəf və ləyaqətinin alçaldılması ilə bağlı iddia qaldıracaq.

Qeyd edək ki, Röyanın ötən həftə yerli televiziya kanallarının birinə müsahibəsi zamanı bəstəkar Nadir Əzimova ünvanına işlətdiyi ifadələr bəstəkarın etirazına səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar