Türkiyə şou-biznesinə qatılmağı qarşısına məqsəd qoyan Röya sevənlərini də yaddan çıxarmır. ANS PRESS-in məlumatına görə, ifaçı yeni yazdırdığı "Günahsız günahım" adlı mahnını dinləyicilərin ixtiyarına buraxıb.
Mahnı dövriyəyə buraxıldığı qısa müddət ərzində geniş səs-küyə səbəb olub. Röyasevərlər kumirlərinin yeni mahnısını sosial şəbəkələrdə paylaşmaqla mahnının hitə çevrilməsinə münbit şərait yaradırlar.