Röya göydən düşüb səhnəni "dağıtdı"
23 İyul 2012 Bazar Ertəsi 16:25
Röya Ayxanla Leonid Aqutinin “Bakı-Moskva” konserti baş tutdu.
22 iyul Milli Mətbuat Günündə populyar azərbaycanlı müğənni Röya Ayxanla Rusiyanın tanınmış ifaçısı Leonid Aqutinin “Bakı-Moskva” konserti baş tutub. ANS PRESS-in məlumatına görə, konsert maraqlı anlarla yadda qalıb. Öncə səhnəyə rusiyalı ulduz Leonid Aqutin çıxıb. Müğənni paytaxtımızı çox bəyəndiyini və Röya ilə eyni səhnəni bölüşdüyü üçün zövq aldığını söyləyib.

Sevilən mahnılarını tamaşaçılara təqdim edən Aqutin daha sonra səhnəyə Röyanı dəvət edib. Azərbaycanlı ulduz səhnəyə daxil olduqda əsl şou başlayıb. Özünün məşhur “Röyayam” mahnısı ilə göydən səhnəyə enən ifaçı repertuarından 25 mahnı səsləndirib.

Röya solo çıxışı ilə yanaşı, uzun illər dostluq etdiyi həmkarları ilə də duet ifa edib. “Şeron” qrupu, Zamiq Hüseynov, Samir Cavadzadə, Niyam Salami və Samira Allahverdi ilə səhnəni bölüşən Röya tamaşaçıları ötən illərə qaytarıb.

Möhtəşəm səhnə effektləri və peşəkar rəqqaslarla diqqət çəkən şounun aparıcısı Nəsib Nur idi.

Onu da bildirək ki, gecədə əməyi keçənlər sırasında Röyanın yaxın həmkarları da var idi. Belə ki, konsertin rejissoru müğənni Rəhim Rəhimli, musiqi tərtibatçısı Zamiq Hüseynov, layihənin prodüseri isə Kənan Bayramov idi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar